“Azərişıq” 3 günə 850 müraciətə baxıb

Tural İbadlı Energetika | Sosial 23 mart 2020
0
“Martın 20-22-i tarixlərində – Novruz bayramı günlərində “Azərişıq” ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb”. Bu barədə “NewsCafe”yə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, bu müraciətlərin hamısı öz həllini tapıb:
“Azərişıq” rəhbərliyi başda olmaqla bütün əməkdaşlarımız gücləndirlmiş iş rejimində çalışır. Bayram günlərində olduğu kimi hazırda da ölkə ərazisində elektrik enerjisi təchizatının dayanıqlığı qaydasındadır. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, “Azərişıq” ASC-nin facebook, instagram sosial şəbəkələri yaxud, whatsapp (+994772176762) vasitəsi ilə sual, şikayət və təklifləri cavablandırılır”.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031