Daha sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər

Tural İbadlı Səhiyyə 24 mart 2020
0
"Koronavirusla bağlı testləri gecə ilə Türkiyədən Azərbaycana gətirdik və ilk xəstələri də bu testlərin köməyi ilə müəyyən edə bildik".
"NewsCafe" "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də "Hədəf" verilişində çıxışı zamanı deyib. 
Nazir bildirib ki, ilk günlərdən onlar izolyasiyaya götürüldü və müalicələri başladı: "Məhz bunun nəticəsidir ki, neçə xəstə artıq sağalaraq evə göndərildi. Qalanların arasında xəstəliyin müsbət gedişi onu deməyə əsas verir ki, tezliklə  onlar da sağalacaq. 
Açıq demək lazımdır ki, xəstəliyin gedişatı və başqa ölkələrin təcrübəsi, proqnozlar göstərir ki, daha ciddi sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər. Xəstələrin sayı on, yüz minlərlə arta bilər. O cümlədən inkişaf edən ölkələrin səhiyyəsi də bunu çatdıra bilməz".
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031