Azərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadılıb

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 25 mart 2020
0
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.
Bu barədə "NewsCafe"yə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar qəbul olunub.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031