Azərbaycanın Fransadakı Diasporunun rəhbəri koronavirusa yoluxdu

Tural İbadlı Səhiyyə | Sosial 26 mart 2020
0
Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub.
"NewsCafe"nin xəbərinə görə, o özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra M.Fətəliyeva həyat yoldaşının baş həkim işlədiyi Paris ətrafındakı xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb. 
Hazırda M.Fətəliyevada yalnız təngnəfəslik müşahidə edilir. Hərarəti yüksək dərəcədə olmadığından həmyerlimizin səhhəti normaldır və özünü yaxşı hiss edir.
Qeyd edək ki, Fransa Avropada İtaliya, İspaniya Almaniyadan sonra ən çox koronavirusun yayıldığı ölkədir. Son məlumata görə, bu ölkədə 25 233 adamda koronavirus aşkarlanıb. Bunlardan 3 900 adam sağalıb, 1 331 nəfər ölüb.
@Oxu.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031