Bakı Nəqliyyat Agentliyindən sürücülərə şad xəbər

Tural İbadlı İnfrastruktur | Sosial 26 mart 2020
0
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli metro stansiyaları istiqamətində ekspress marşrut xətləri ilə bağlı yaranan suallara aydınlıq gətirib. 
"NewsCafe" “Report”a istinadən xəbər verir ki, V.Kərimli bu barədə Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində qonaq olarkən bildirib.
BNA rəsmisi deyib ki, bu istiqamətlərdə istifadə etmək üçün kifayət qədər avtobus mövcuddur:
“Biz həmin metro stansiyalar istiqamətində ekspress marşrut xətti təşkil etmişik. Ekspress marşrut xətlərinin adı üstündədir. Bunlar heç bir dayanacaqda dayanmır. Sadəcə olaraq, metro stansiyalarının yaxınlığında olan və əsasən metro stansiyasına təhkim olunmuş avtobus dayanacaqlarında dayanır. Avtobusların xəttə təqdim olunmasında heç bir problem, məhdudiyyət yoxdur”.
V.Kərimli təmsil etdiyi qurumun atdığı addımların beynəlxalq tələblərə uyğun olduğunu əlavə edib:
“Biz ictimai nəqliyyatı sağlam saxlamalıyıq ki, təcili vəziyyətlərdə zərurət yaranan vətəndaşlar istifadə etsinlər. Parka gəzməyə, hava almaq üçün gedən vətəndaş yox. Biz cəmiyyətin içindəyik. Məlumatlar gəlir. Bir neçə qruplar, dostlar evlərdə yığışırlar. Sosial təcrid, sosial izolyasiya o demək deyil ki, siz 10-15-20 nəfər evdə yığışa bilərsiniz. Çünki həmin liftdən istifadə edirsiniz, həmin yerdə danışırsınız, o insanlar gedir başqa insanlarla görüşür. Bu, zəncirvarı halqadır. Bu halqanın kəsilməsi üçün hökumət tərəfindən təklif olunur ki, #evdəqal haştaqı altında sosial izolyasiya olsun. Sadəcə bir daha vurğulamaq istərdim ki, hökumətin və dövlətin atdığı addımlar bəllidir. Bu həm mediada, həm də sosial mediada göstərilir".
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031