Koronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır

Tural İbadlı Daxili xəbərlər | Sosial 26 mart 2020
0
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.
"NewsCafe" xəbər verir ki, bu barədə “Report”a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib: “Artıq cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Hələlik bu, cəza müddətinin bitməsinə 3 ay qalan məhbuslara şamil olunur, daha sonra 6 ay və 9 ay qalanlara da aid ediləcək. Proses aprel ayınadək davam edəcək. Bu, ölkə başçısının humanist addımının nəticəsidir ki, belə bir çətin vəziyyətdə bir çox məhkumlar da ailələrinin yanında ola bilsinlər”.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031