Məşədi Dadaş məscidi KMDF-yə vəsait ayırdı

Tural İbadlı Daxili xəbərlər 27 mart 2020
0
Məşədi Dadaş məscidi dini icması Azərbaycanda koronovirus pandemiyası ilə mübarizəyə dəstək verib.
"NewsCafe" xəbər verir ki, icma Koronovirusla Mübarizəyə Dəstək Fondunun hesabına 1 000 manat ödəniş edib.
Məscidin imamı Hacı Şahin Həsənlinin sözlərinə görə, vəsaitin həcmi böyük olmasa da, imkanlı və inanclı vətəndaşların bu işdə daha fəal olmağa təkan olacaq: "Xalqın çətin günündə hər bir vətəndaş imkanı daxilində öz dəstəyini əsirgəməməlidir. Təşvişə səbəb yoxdur. Əgər vətəndaşlar təhlükəsizlik təlimatlarına riayət etsə, tezliklə bu çətinlikdən çıxarıq. Özünün və xalqın səhhətini qorumaq ilahi vəzifədir".
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031