Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı

Tural İbadlı Səhiyyə | Sosial 29 mart 2020
0
Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir.
Bu barədə "NewsCafe"yə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031