“Azərişıq” rəsmisi sosial vəziyyəti çətin olan abunəçilərdən danışdı

Tural İbadlı Energetika | Sosial 29 mart 2020
0

“Müxtəlif şayiələr yayıla bilər. Ancaq  “Azərişıq” ASC-nin birinci missiyası hər bir istehlakçısını dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir”.

NewsCafe” xəbər verir ki, bunu “Azərişıq” mart və aprel aylarında abonentlərdən ödənişlərin yığılması ilə bağlı xüsusi tapşırığın verilməsi ilə bağlı yayılmış iddiaya münasibət bildirərkən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev söyləyib.

Onun sözlərinə görə, hazırda “Azərişıq” bütün ölkə boyu gücləndirilmiş iş rejimində çalışır:

“Hər yerdə normal enerji təhcizatı var. “Azərişıq” icraçı strukturdur. Qanunvericilik səlahiyyəti yoxdur. Şükürlər olsun ki, mart ayında əksər istehsalçılar enerji haqlarını ödəyib və qalanları da ödəyir”.

O bildirib ki, hazırda sosial vəziyyəti çətin olan istehlakçılar var: “Onlara da vaxt verilib, diqqət göstərilir. Bu ay ödəyə bilmədiyi təqdirdə növbəti ayda ödəmək şansı yaradılıb və ya elektrik enerjisi borcunu hissə-hissə ödəyirlər. İstifadə olunmuş enerji haqları onlayn qaydada ödənilir, bu barədə problem yoxdur”.

Sonda T. Mustafayev istehsalçılarımıza təşəkkür edib: “Nazirlər Kabinetinin nə qərarları olacaqsa, bizim də onlara operativ qaydada riayət etmək borcumuzdur”.

@index.az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031