Nazirlər Kabineti yanında operativ qərargah 29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimini gücləndirilib.
Qərargahın #evdəqal çağırışına riayət edən vətəndaşlar isə hökumət tərəfindən maddi dəstək gözləyir.
Hökumətdəki mənbənin verdiyi məlumata görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaq.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)İctimiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov tezliklə bu barədə məlumat veriləcəyini bildirib: "Hazırda bir neçə təklif hazırlanıb və üzərində müzakirələr aparılır. Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.
@Modern.Az