Tanrıverdi Mustafayev: “Saytımızda olan onlayn ödəmə sistemi “Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan çağırışına qoşulmağa imkan yaradır”

Tural İbadlı Energetika 31 mart 2020
0

Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir. Belə ki, sosial şəbəkələrdə “Facebook” və “Instaqram” vasitəsilə canlı bağlantı, eləcə də “WhatsApp” üzərindən müraciətlərin qəbulu həyata keçirilir. Bunu “NewsCafe”yə “qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, eyni zamanda bütün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstərilir:

ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini  “199” Çağrı Mərkəzinə və ya   [email protected] elektron ünvanına göndərə bilərlər.

Xüsusi olaraq bildiririk ki, istifadə olunan elektrik enerjisinin haqlarının ödənilməsi üçün mobil tətbiq və ya azerishiq.az saytından onlayn ödəmə sistemi mövcuddur. Bu isə “Biz birlikdə güclüyük! Evdə qal, Azərbaycan!" çağırışına qoşulmağa imkan yaradır.

Bütün istehlakçılarımız onlayn xidmətlərimizdən yararlanır, eləcə də istifadə olunmuş elektrik enerjisi  haqlarını həmin vasitələrdən istifadə etməklə ödəyirlər. Ona görə də istehlakçılarımıza öz təşəkkürümüzü bildiririk”.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031