Böyük Britaniyanın baş naziri xəstəxanaya yerləşdirildi

Tural İbadlı Xarici xəbərlər | Sosial 06 aprel 2020
0
Böyük Britaniyanın baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.
"NewsCafe"nin xarici KİV-lərə istinadən veridyi xəbərə görə, buna səbəb hələ də onun bədənində koronavirus (COVID 19) smptomlarının qalmasıdır.
Qeyd edilir ki, baş nazir həkimlərin məsləhəti əsasında xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalıb. Məlumata görə, Boris Consonun temperaturu yüksəkdir. 
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri martın 27-də koronavirusa yoluxub. 55 yaşlı hökumət başçısı bildirib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib. 
“İndi mən özümü təcridetmədəyəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik", - deyə Boris Conson bildirib.
Britaniyada koronavirusa yoluxanların sayı 47 806 nəfərə çatıb.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930