Türkiyənin daxili işlər naziri istefa verdi

Tural İbadlı Xarici xəbərlər | Sosial 12 aprel 2020
0
Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsindən istefa verib.
"NewsCafe" xəbər verir ki, bu barədə NTV-nin canlı efirində bildirilib. Məlumata görə, DİN rəhbəri Türkiyənin 31 əyalətində iki günlük küçəyə çıxma qadağası qərarından sonra yaranan görüntülərə görə istefa verib.
Soylunun istefa məktubunda deyilir:
“Səylə və diqqətlə həyata keçirilən müddətdə, epidemiyanın tamamilə qarşısının alınması üçün həftə sonu küçəyə çıxmaq qadağasının tətbiqinin məsuliyyəti tamamilə mənə aiddir.
Başlanğıcda məhdud saatlarda da olsa, ortaya çıxan görüntülər mükəmməl idarə olunan bu dövrlə ayaqlaşmadı…
Yaşadığım təcrübə, məsuliyyət üzərimdə olan bu hadisədə mənzərə bu cür olmamamlıydı. Xoş niyyətlə, həftə sonunda pandemiyanı dayandırmaq məqsədilə atılan addım idi.
Heç vaxt zərər vermək istəmədiyim Əziz Millətimiz, həyatımın sonunadək sadiq qalacağım Cənab Prezidentimiz məni bağışlasın…
Şərəflə həyata keçirdiyim Daxili İşlər naziri vəzifəmdən ayrılıram…
Bütün dostlara, həmkarlara Allaha əmanət olun deyirəm.
Allah millətimizi qorusun…”.
Xatırladaq ki, cümə günü 48 saat küçəyə çıxmanın qadağan edilməsi qərarından sonra insanlar kütləvi şəkildə mağazalara axışmış, vətəndaşlar arasında qarşıdurma yaranmış və bu qərar da etirazlara səbəb olmuşdu.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930