Səfir: “Kənddə yaşayan azərbaycanlı qoyunlarını sataraq Fonda ianə edib”

Tural İbadlı Maraqlı | Sosial 15 aprel 2020
0
"Bu gün Moldovada 1 712 nəfər koronavirusa yoluxub. Onlardan 134 nəfəri artıq sağalıb, 188 nəfərin vəziyyəti ağırdı. 37 nəfər isə vəfat edib. Həkim nəzarəti altında 40 min nəfərə yaxın moldovalı öz evlərində karantinə yerləşdirilib". 
"NewsCafe" “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov AzTV-nin efirində canlı videomüsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda bu ölkədə yaşayan azərbaycanlılar arasında yoluxma qeydə alınmayıb:
“Buradakı azərbaycanlılarla işləmək üçün onların diqqətə ehtiyac olduqlarını nəzərə alaraq mənim təşəbbüsümlə diaspor təşkilatı ilə birlikdə fövqəladə bir fond yaratmışıq. O fonda mən özüm 2 000 dollar pul ianə etmişəm və müraciətim əsasında burada yaşayan iş adamları imkan daxilində pul köçürürlər. Hətta kənddə yaşayan bir azərbaycanlı iki qoyununu sataraq 100 dollar civarında həmin Fonda pul ödəyib".
Q.Osmanov deyib ki, bu ölkədə yaşayan azərbaycanlıların bir araya gəlməsi üçün səfirlik tərəfindən “WhatsApp” qrupu yaradılıb: "Burada yaşayan azərbaycanlılar həmin qrupdan qeydiyyatan keçərək daim fikir mübadiləsi aparırlar. Biz bu xətt və başqa xətlərlə azərbaycanlıların siyahısını tutmuşuq. Kimlərin ehtiyacı varsa biz onlara ərzaq, dərman göndəririk. Ehtiyacı olanlara az miqdarda da olsa pul veririk.
Hesab edirəm ki, bugünkü durumda səfirlər azərbaycanlıların təkcə ehtiyacı olduğu halda onların problemləri ilə tanış olmamalı, həm də onların problemlərini hər zaman yaxından həll etməyə çalışmalıdırlar və buna borcludurlar. Çünki ölkə rəhbərimiz, prezidentimiz səfirlər, diplomatik nümayəndəliklər qarşısında bu tapşırığı birmənalı qoyub. Bu, əslində biz səfirlər üçün bir imtahandır. Bu imtahandan biz çıxmalıyıq və çıxacağımıza da şübhəm yoxdur”.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930