Azərbaycan-Gürcüstan sərhədi növbəti ayadak bağlı qalacaq

Tural İbadlı Xarici xəbərlər 18 aprel 2020
0
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il may saat 00:00-dək uzadılıb. 
"NewsCafe" "Report"a istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.  
Qeyd edilir ki, bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılır.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930