“İşimin başındayam”

Tural İbadlı Energetika 26 aprel 2020
0
ATV telekanalındakı vəzifəsindən ayrılan jurnalist Vaqif AydınoğlununAzərişıq” ASC-nin mətbuat xidmətinə rəhbər təyin olunması ilə bağlı məlumatlar yayılıb.
"NewsCafe" xəbər verir ki, Modern.Az saytının əməkdaşı məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. T.Mustafayev açıqlamasında məlumatın doğru olmadığını və hazırda işinin başında olduğunu bildirib.
Əldə etdilən məlumata görə, jurnalist Vaqif Aydınoğlu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə müavin təyin edilib. Amma hələlik onun təyinatı ilə bağlı əmr verilməyib. Həmçinin yaxın günlərdə “Azərişıq” ASC-dəsturktur  islahatları aparılacağı, qurumda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılacağı bildirilir.
T.Mustafayevin İctimaiyyətlə əlaqələr şöbəsinənin rəhbəri, V.Aydınoğlunun isə mətbuat katibi təyin olunacağı qeyd edilir.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930