“Azərişıq” istehlakçılarına evdə qalmağı tövsiyə edib

Tural İbadlı Energetika 27 aprel 2020
0
Azərişıq” ASC koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə istehlakçılarına #evdəqal çağırışı edib. Bu məqsədlə Səhmdar Cəmiyyət abunəçiləri maarifləndirəcək videoçarx da hazırlayıb.
"NewsCafe" xəbər verir ki, videoçarxda abunəçilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” əməkdaşlarının bu çətin gündə iş başında olduqları göstərilir və bunu nəzərə alaraq istehlakçıların da #evdəqal çağırışına əməl etmələri tövsiyə olunur.
Sosial çarxda insanlara “Yenidən qovuşacağımız günlər yaxında, hələlik isə evdə qalın! İşıqlı günlər üçün həmrəy olaq. Çünki biz birlikdə güclüyük” çağırışı edilib.
Həmin videonu təqdim edirik:
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930