"Kişilər məndən çəkinirlər"

Tural İbadlı Şou 27 aprel 2020
0
“İş xanımı idim. Tikinti ilə bağlı işlərlə məşğul olurdum. Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişəm. Mən peşəkar iqtisadçıyam”.
"NewsCafe" xəbər verir ki, bunu “Vicdan Haqqı” serialında canlandırdığı “Larisa” obrazı ilə tanınan aktrisa Çimnaz Sultanova ATV-də yayımlanan “Üçümüz” axşam şousunda qonaq olarkən deyib.
Proqramın aparıcısı Elcan Rəsulovun Ç.Sultanovaya ünvanladığı “Bina tikirdiniz?” sualına aktrisa yarızarafat, yarıciddi cavabı ilə tamaşaçıların üzünü güldürüb:
“Bina tikmirdim, ev yıxırdım (gülür). Kimsə tikir, Çimnaz isə yıxır. Kiminsə evini yıxmaq lazımdırsa, müraciət edə bilər”.
Müsahibələrinin birində söylədiyi “Kişilər məndən qorxurlar” fikri ilə bağlı suala isə cazibədar aktrisa belə cavab verib:
“Deməzdim ki, qorxurlar. Kişilər daha çox məndən çəkinirlər. Sadəcə, mən rusdilli olduğumdan fikirlərimi düzgün başa sala bilməmişəm”.
Proqramın gedişatında Ç.Sultanova qonşularından yerlə-göy qədər razı olduğunu da dilə gətirib:
“Çox gözəl qonşularım var. Bir problemim olanda bütün qonşularım köməyə gəlirlər. Qonşularıma efir vasitəsi ilə minnətdarlığımı bildirirəm”.
Videoya buradan baxa bilərsiniz:
@Oxu.Az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930