Ölkəmizdə bu xəstəliyə yoluxma sayı azdır

Tural İbadlı Səhiyyə 28 aprel 2020
0
“10 milyon əhalidən 1 678 nəfər koronavirusa yoluxub, 1 162 nədər sağalıb, 494 nəfər isə xəstəxanada müalicə olunur”.
"NewsCafexəbər verir ki, bu barədə AzTV-ninHədəf” verilişində qonaq olan Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.
O bildirib ki, bu, Azərbaycan səhiyyəsinin çevik davranmasının səbəbidir:
“Bəzi ölkələrdə xəstəlik çox sürətlə yayılır. Lakin ilkin mərhələdə görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, ölkəmizdə bu xəstəliyə yoluxma sayı azdır. 10 milyon əhalidən 1 678 nəfər koronavirusa yoluxub, 1 162 nəfər sağalıb, 494 nəfərin isə müvafiq xəstəxanalarda müalicəsi davam etdirilir”.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930