Səhiyyə naziri 11 xəstəlikdən danışdı

Tural İbadlı Səhiyyə | Sosial 28 aprel 2020
0
“İllərdir Azərbaycanda immunlaşdırma, vaksinasiya işləri gedir. Məhz bunun nəticəsidir ki, bir çox idarəolunan infeksiyaların – qızılca, məxmərək və s. qarşısını ala bildik. Bizdə 11 xəstəliyə qarşı immunlaşma işləri görülür”.
"NewsCafe" xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəiyev AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.
Nazir bildirib ki, 20-26 aprel tarixlərində immunlaşdırma həftəsi keçirilib.
“Bu tədbirlər vaksinasiyadan yayınan uşaqlar üçün aparılıb. Çünki vaksinasiyaların aparılması mütləqdir. Əgər belə tədbirlər vaxtında görülməsəydi, bizdə də problemlər yarana bilərdi. Ümumdünya Səhiyyə Təşkilatı da buna görə daim Azərbaycanı dəstəkləyir”.
Nazir vurğulayıb ki, immunlaşdırma aparılan və aparılmayan ölkələrdə koronavirusa yoluxmanın faiz nisbətlərinə də baxdıqda, belə qənaətə gəlmək olur ki, bu məsələnin də epidemiyaya təsiri var.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930