“Azərkosmos” birinci rübdə gəlirlərini 2 dəfəyədək artırıb

Tural İbadlı HiTech | Sosial 29 aprel 2020

Bu ilin yanvar-mart aylarında “Azərkosmos” ASC 24 xarici ölkəyə 10,4 milyon ABŞ dolları dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon manat yaxud 89,09% çoxdur.
NewsCafe” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Cari rübdə ixrac ölkələrinin də sayı 7 vahid yaxud 41,18% artıb.
Məlumata görə, 3 ay ərzində dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib.
Səhmdar cəmiyyətinin xidmətlərini əsasən ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniya idxal edib.

Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930