Martda Azexport.az portalı vasitəsi ilə sifarişlər 37% artıb

Tural İbadlı Maliyyə-Biznes | Sosial 29 aprel 2020
0
2020-ci ilin yanvar-mart aylarında Azexport.az portalına 147,7 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. “Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin aprel sayında göstərilib.
Məlumata görə, 2020-ci ilin mart ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 44,8 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 36,6% artıb.
Bu ilin mart ayında Azexport.az portalına ən çox ixrac sifarişi kartof, soğan, pomidor, tibbi tənzif, alma, sarımsaq, tütün, pambıq yağı, zəncəfil, mineral su, şərab, qənnadı məhsulları, çay, yumurta, nar şərabı, mebel, fındıq, tikinti materialı, boya, kosmetik vasitə, metal konstruksiya, bal, mebel dəsti və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 mart tarixinə kimi (39 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 732,5 milyon ABŞ dolları təşkil edib.
 “İxrac İcmalı”nda həmçinin göstərilib ki, bu ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 1,9 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-aprel ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 39 milyon ABŞ dollarından artıq dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930