Rac Kapurun oğlu vəfat edib

Tural İbadlı Ölüm 30 aprel 2020
0
Bollivud aktyoru Rişi Kapur 68 yaşında Hindistanın Mumbay şəhərindəki klinikalardan birində vəfat edib.
NewsCafe” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb. Aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.
Rişi Kapur aktyor və rejissor Rac Kapurun oğludur. Onu Bollivudda oynayan bu ailənin yaşlı nəslinin son ulduzu adlandırırdılar.
Ailədə Çintu adlandırılan Rişi Kapurun ilk ciddi rolu atasının “Mənim adım Kloundur” (Mera Naam Joker, 1970) filmində olub. Aktyor ilk böyük uğurunu atası Rac Kapurun rejissoru olduğu “Bobbi” (Bobby, 1973) filmindəki rolundan sonra əldə edib. Rişi həmin il Hindistanda ilin aktyoru seçilib. Çintu adətən Hindistan kinosu üçün vacib olan romantik sevgili rollarını ifa edib.
Tamaşaçılar onu həmçinin “Qisas alan” (Barood, 1976), “Amar, Əkbər, Antoni (Amar, Akbar, Antoni, 1977), “Sevgi əzabı” (Prem Rog, 1982), “Çandni” (Chandni, 1989), “Kor məhəbbət” (Fanaa, 2006) və s. filmlərindən tanıyır.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930