DTX Cəlilabadda keçirilən əməliyyatın görüntülərini yaydı

Tural İbadlı Hadisə | Sosial 02 may 2020
0
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qaçaqmalçılıq yolu ilə İrandan külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycana keçirilməsinin qarşısının alınması üçün keçirilən əməliyyatın görüntülərini yayıb. 
"NewsCafe" xəbər verir ki, Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan vətəndaşı İsmayılov İsrafil Yuri oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və qaçaqmalçılığında şübhəli şəxs qismində saxlanılıb. 
Onun idarə etdiyi motosikletə və üzərinə keçirilmiş baxış zamanı külli miqdarda narkotik vasitə - 15 kiloqram 346 qramdan artıq heroin və psixotrop maddə olan 962,1 qram metamfetamin aşkar edilərək götürülüb. 
Həmin əməliyyatın görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031