Kürdəmirdə avtomobillər toqquşdu, 3 nəfər ölüb

Daxili xəbərlər | Sosial 04 may 2020
0

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

"NewsCafe" xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.

"Nissan"da olan sərnişinlərdən 3-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Report

Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031