Azəbaycanda keçmiş nazir vəfat edib

Tural İbadlı Ölüm 10 may 2020
0
Azərbaycanın keçmiş rabitə naziri Nadir Əhmədov vəfat edib. "NewsCafe" xəbər verir ki, bu barədə Lent.az-a onun yaxınları məlumat veriblər.
N.Əhmədov 1940-cı ildə Şəkidə anadan olub. 1960-cı ildə Bakı Rabitə Elektrotexnikumunu, 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu bitirib. 1968-70-ci illərdə Sovet Ordusunda xidmət edib. 1960-85-ci illərdə Bakı telefon şəbəkəsində texnik, mühəndis, sex rəisi, stansiya xidməti rəisi, baş mühəndis, 12 il rəis, 1985-ci ildən 12 il Rabitə nazirinin müavini və 1997-ci ildən 7 il Rabitə naziri vəzifəsində işləyib. 50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalələrin müəllifidir.
Dövlət və ictimai işlərdə xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif olunub, SSRİ Rabitə Nazirliyinin “Rabitə ustası” adına, Respublikanın “Əməkdar rabitəçisi” fəxri adına, MDB Dövlətlərinin Assambleyasında qızıl medala və xüsusi diploma layiq görülüb; ABŞ-ın Bioqrafiyalar İnstitunun dünyada apardığı sorğuya əsasən Nadir Əhmədov “2001-ci ilin adamı” seçilib, 2002-ci ildə ABŞ-da aparılan digər sorğuya əsasən “Dünyanın qabaqcıl ziyalıları” tituluna layiq görülüb.
1979-87-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinə deputat seçilib.
Evlidir, 3 övladı və 3 nəvəsi var.
Onun Ənvər Mete ilə birlikdə yazdığı "İblis Xislətli Erməni" kitabı ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımına, onların dədə-baba torpaqlarından qovulmasına həsr olunub.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031