Kamildən qızına: “Atan 10 günlük Türkiyəyə gedir, orada kasıblara kömək edəcək”

Tural İbadlı Maraqlı 12 may 2020
0
Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı həbs edilib.
"NewsCafe" xəbər verir ki, o xüsusi karantin rejimini pozduğuna görə 10 sutka həbs cəzası alıb.
Nərimanov rayon məhkəməsində idmançıya hökm oxunub.
İdmançının dostu Rövşən Tağıyev Kamilin məhkəmədən sonra qızı ilə danışdığını deyib.
O sosial şəbəkədə yazıb: 
"Bu sözlər, mənə bu gün, çox pis təsir etdi.
Kamil məhkəmədən sonra övladı ilə telefonda danışdı: Qızım ata 10 günlük Türkiyəyə gedir, oradakı kasıblara ərzaq paylamağa, nigaran qalma. Ata səni çox istəyir, telefonum işləsə sənə tez-tez zəng vuracam”.

@azxeber.com
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031