Şəbnəm Tovuzlu: “15 yaşına kimi atamın qucağında yatmışam”

Tural İbadlı Şou 12 may 2020
0
“Həyatım boyunca atam qədər bağlı olduğum ikinci adam olmayıb. Məni onun qədər heç kim tanıya, anlaya bilməz”.
"NewsCafe" xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu ATV kanalında yayımlanan “Şou ATV” səhər şousunda deyib.
Atasına hədsiz bağlılığından danışan sənətçi oğlan kimi böyüdüyünü etiraf edib:
“Atam yaşlıdır, 65 yaşı var. Efirdə məni izləyəndən sonra deyir ki, niyə bikef idin, üzün gülmürdü, danışanda çəkinirdin. Hər zaman məni hiss edir. Evdə tək uşaq olduğumdan atam məni oğlan kimi, ərköyün böyüdüb.
14-15 yaşına qədər yubka geyinməmişəm. Az yaşlarımdan avtomobil idarə etmişəm.15 yaşına kimi atamın qucağında yatmışam. Nənəm də irad tuturdu ki, belə olmaz, sən artıq böyümüsən. Atamdan ayrıla bilmirdim. Onu çox sevirəm”.

@Oxu.Az
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031