600 mindən çox istifadəçi “Mənim Bakcellim”i seçir

Tural İbadlı HiTech 15 may 2020
600 mindən çox aktiv istifadəçisi olan “Mənim Bakcellim” ölkənin mobil operatorları tərəfindən təqdim olunan tətbiqetmələr arasında ən çox seçilən proqramdır.
"NewsCafe" xəbər verir ki, bu aplikasiya 600 min dəfədən çox yüklənilməklə Azərbaycanın telekom tətbiqetmələri arasında ən yüksək reytinqi qazanıb. Bundan əlavə, “Mənim Bakcellim” ümumi reytinqlərdə də yüksək nəticə göstərərək Azərbaycanın ən populyar pulsuz tətbiqetmələri sırasında yer alıb. Həmçinin, istifadəçilərin 83%-i bu tətbiqetməyə 5+ reytinqini verib.
Abunəçiləri ən üstün müştəri təcrübəsi ilə təmin etmək məqsədilə iki il bundan əvvəl istifadəyə verilmiş bu virtual müştəri xidmətləri aləti məlumat mərkəzinə zəng etmədən və xidmət mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək üçün çox rahat və sadə üsuldur. “Mənim Bakcellim”dən tamamilə pulsuz istifadə edən abunəçilər eyni zamanda balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları asanlıqla əldə edə bilirlər.
Bundan əlavə, “Mənim Bakcellim” istifadəçiləri zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edirlər. Həmçinin, Bakcell xidmətlərinə aid suallara tez bir zamanda cavab almaq üçün onlayn çat funksiyası vasitəsilə “Bakcell” əməkdaşları ilə əlaqə saxlamaq mümkündür. 
“Bakcell” öz abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etmək üçün böyük işlər görür. Biz “Mənim Bakcellim”i bazarda ən seçilən və ən yüksək reytinqlərə malik olan aplikasiya kimi görməkdən çox məmnunuq. “Ookla” tərəfindən dəfələrlə ən üstün və ən sürətli mobil şəbəkə olaraq tanınan Bakcell şəbəkəsi vasitəsilə abunəçilərimizə yüksək keyfiyyətli xidmət göstərmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”, deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Ratgeber bildirib.
“Mənim Bakcellim” mobil tətbiqetməsini Android iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından pulsuz yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda “Mənim Bakcellim” proqramının  “desktop” versiyasından yararlana bilərlər.
Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklər https://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Azərbaycanın İlk Mobil Operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Bu gün “Bakcell” şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93%-ni əhatə edir.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031