Vilayət Eyvazovun vəzifədən azad etdiyi generala yüksək post tapşırıldı

Tural İbadlı Rəsmi xəbərlər 15 may 2020
0
Daxili İşlər Nazirliyində növbəti kadr islahatları aparılıb.
"NewsCafe" xəbər verir ki, DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev tutduğu vəzifədən azad edilib.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, Y. Əliyev 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisidir.
Elə bu gün Y.Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.
O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031