“Azərişığ”ın tətbiq etdiyi güzəşt istehlakçıların xərclərini 13%-dək azaldıb

Tural İbadlı Energetika 16 may 2020
0
Aprel ayında marta nisbətən elektrik enerjisinin orta qiyməti 12,5% aşağı düşüb. Bu barədə “NewsCafe”yə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumatda deyilir ki, bunun səbəbi əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin aşağı düşməsinə səbəb əhali qrupu üzrə elektrik enerjisinin güzəştli istehlak limitinin 300 kVt/saatdan 400 kVt/saatadək artırılması olub.
Digər ödənişli xidmətlərin qiymətlərində dəyişikliklər baş verməyib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə koronovirus (COVID 19) pandemiyası ilə əlaqədar olaraq aprel və may ayları üçün əhali qrupu istehlakçıların aylıq güzəştli elektrik enerjisi limiti 100 kVt/saat artırılaraq 300 kVt/saatdan 400 kVt/saata çatdırılıb. Bu isə “Azərşıq” ASC-nin 88%-dək əhali qrupuna daxil olan abunəçisini əhatə edir.
Xatırladaq ki, “Azərişığ”ın 2,7 milyona yaxın abunəçisi var ki, onun da 45%-i əhali qrupudur.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031