Prezident ona şikayət edən icra başçısını işdən azad etdi

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 16 may 2020
0
Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"NewsCafe" xəbər verir ki, sərəncamla Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, fevral ayında Azərbaycan Prezidentinin rəhbərliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş iclasda N.İsmayılov rayonda olan problemləri qabartmış, xüsusən də su probleminin pambıqçılıq sahəsinin inkişafına mane yaratdığını qeyd etmişdi.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031