“Eurovision-2021”in keçiriləcəyi şəhər açıqlandı

Tural İbadlı İncəsənət 17 may 2020
0
Koronavirusun yayılması təhlükəsi ilə əlaqədar bu il təxirə salınan “Eurovision” Mahnı Müsabiqəsi 2021-ci ildə Niderlandın Rotterdam şəhərində keçiriləcək.
NewsCafe” xəbər verir ki, bu barədə müsabiqə təşkilatçıları qərar qəbul edib.
Qeyd edək ki, artıq Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə “Eurovision”u qəbul etməyə səs veriblər. Müsabiqənin “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılır.
Təşkilatçılar zalın icarəsinə, əlavə mühafizəyə və reklam lövhələrinin xərclərinə əlavə 6,7 milyon avro xərcləmək niyyətindədir.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031