Azərbaycanda polis yol qəzasında öldü

Tural İbadlı Qəza | Sosial 18 may 2020
0
Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"NewsCafe"nin məlumatına görə, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində olub.  Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Ölən və yaralananların kimliyi araşdırılır.
Qəzada ölən şəxs 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər rayon polis şöbəsinin əməkdaşıdır.
Xəsarət alanlardan biri 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir. 
Digər yaralı 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur
Faktla bağlı araşdırma aparılır.
@qafqazinfo
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031