Rusiyada vətəndaşlıq alan azərbaycanlıların sayı açıqlanıb

Daxili xəbərlər | Sosial 19 may 2020
0

Bu ilin ilk rübündə 161 mindən çox şəxs Rusiya vətəndaşlığını alıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

“NewsCafe” RBK-ya istinadən xəbər verir ki, bununla bağlı statistikanı Rusiya Daxili İşlər Nazirliyi yayıb.

Qeyd olunur ki, son illərdə Rusiya vətəndaşlığı alanların sayı getdikcə artır, 2019-cu ildə isə bu say 497,8 min nəfər olub.

Rusiya vətəndaşlığı alanların əksəriyyəti Ukrayna vətəndaşlarıdır. 2016-cı ilin əvvəlindən 2020-ci ilin birinci rübünə qədər Rusiya pasportları alanlar arasında onların payı 46,6% və ya 676,8 min nəfər təşkil edib.

TOP-10-un sonrakı sıralarda Qazaxıstan (12,9%), Tacikistan (10%), Ermənistan (7,2%), Özbəkistan (6,3%), Moldova (4,8%), Azərbaycan (3,4%), Qırğızıstan (2,7%), vətəndaşlığı olmayan şəxslər (2,4%) və Belarus (1,3%) qərarlaşıb.

Beləliklə, yuxarıda göstərilən müddət ərzində 49,7 min Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını alıb.

Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031