Tələbə çağırışçılara möhlət verilməsi məsələsinə aydınlıq gətirilib

Tural İbadlı Daxili xəbərlər | Sosial 19 may 2020
0
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi xidmətə çağırışdan möhlət verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
"NewsCafe"nin məlumatına görə, Dövlət Xidmətinin yaydığı məlumatda bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınan, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunan təhsil müəssisələrində və onların filiallarında, Azərbaycan Prezidentinin müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:
1. Ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;
2. Peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;
3. Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;
4. Əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək;
5. Xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura (adyunktura) səviyyələrində, tibb təhsili üçün əsas (baza ali) tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031