“Fitch”: “Azsığorta” bazarda uyğun mövqe tuta bilməyib

Tural İbadlı Maliyyə-Biznes 20 may 2020
0
Fitch” beynəlxalq reytinq agentliyi “Azsığorta” ASC-nin Sığortaçının Maliyyə Gücü (Insurer Financial Strength – IFS) reytinqini “B” səviyyəsində təsdiqləyib. 
"NewsCafe" xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir. 
Məlumata görə, reytinq üzrə proqnoz "Sabit"dir. 
"Fitch" bəyan edib ki, bu reytinq bir sıra iqtisadi təsirləri, o cümlədən koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini, “Azsığorta”nın "Adequate" kateqoriyasında “Prism Factor-Based Model (FBM)” balı ilə ölçülən “Fitch-in pro-forma” analizinə əsasən möhkəm kapital mövqeyini özündə əks etdirir. 
Bundan başqa, agentlik hesab edir ki, “Azsığorta” rəqiblərinin güclü təzyiqi ilə bazarda uyğun mövqe tuta bilməyib. 
"2019-cu ildə "Azsığorta"nın avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından daxilolmaları 2018-ci ildə nisbətən 13% azalıb, şirkətin bazar payı 3%-dən 2%-ə düşüb. Sığortaçı sözügedən sığorta növü üzrə əsas kanallarını itirib", - deyə açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031