Hazırda Azərbaycanda olan əcnəbilərin sayı açıqlanıb

Tural İbadlı Daxili xəbərlər | Sosial 20 may 2020
0
“Hazırda Azərbaycanda 134 298 nəfər əcnəbi yaşayır”.
"NewsCafe" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib.
“Həmin şəxslər daha çox Rusiya, Gürcüstan, İran və s ölkələrin vətəndaşlarıdır. Pandemiya ölkəmizdə əcnəbilərin olmasına da mənfi təsir göstərib”. - V.Hüseynov bildirib.
Onun sözlərinə görə, bu il, yəni yanvarın 1-dən indiyə kimi Azərbaycanda 551 872 nəfər əcnəbi olub:
“Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə əcnəbilərin sayında 44% azalma deməkdir. Ötən ilin müvafiq dövründə bu rəqəm 977 246 idi”.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031