Azərbaycanda koronavirusdan sağalanların sayı 2 340-a çatıb

Daxili xəbərlər | Sosial 21 may 2020
0

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

"NewsCafe" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 3 749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1 365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031