Prezident Cəlal Əliyevin qudasını işdən azad etdi

Tural İbadlı Rəsmi xəbərlər 21 may 2020
0
Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.
Bu barədə "NewsCafe"yə Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 18 may tarixli sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.
Qeyd edək ki, Kamal Abbasov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəis və rəisi müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, G.Cavadov mərhum Cəlal Əliyevin qudasıdır.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031