Tramp “Twitter” paylaşımlarının kim tərəfindən yazıldığını açıqlayıb

Tural İbadlı Maraqlı 25 may 2020
0
ABŞ prezidenti Donald Tramp "Twitter" sosial şəbəkəsində onun yerinə statusların kim tərəfindən paylaşılmasından danışıb.
NewsCafe” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Full Measure" teleproqramının efirində bildirib.
Vaşinqton administrasiyasının rəhbəri həmçinin paylaşımlarının hansı rejimdə edilməsindən də bəhs edib.
Ağ Ev başçısının sözlərinə görə, səhər və gecə vaxtı evdə qısa qeydləri və ya bəyanatı o özü yazır. İşin tam sürətlə getdiyi gündüz saatlarında fikirlərini köməkçilərinə diktə edir ki, onlar statusu mikrobloqa çıxarsınlar.
"Mənim Den adlı bir centlmenim var, o, çox gözəl işləyir", - ABŞ prezidenti bildirib.
Qeyd edilir ki, həmin şəxs Prezident Administrasiyasının Sosial şəbəkələr üzrə direktoru Dene Skavinodur.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031