Məşhur aparıcının AzTV-dəki verilişi bağlandı

Tural İbadlı Maraqlı 26 may 2020
0
Kamilə Babayevanın aparıcısı olduğu "Görüş yeri” verilişinin yayımı dayandırılıb.
"NewsCafe" bildirir ki, AzTV-də yayımlanan layihənin hansı səbəbdən bağlandığı bəlli deyil.
Aparıcının yeni mövsümdən başqa proqramla kamera qarşısına keçəcəyi bildirilir.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı təsdiqləyib.
Kamilə Babayeva isə açıqlamasında verilişdə aparıcı kimi bir mövsümlük müqavilə bağladığını bildirib:
"Bu verilişə gələrkən bilirdim ki, proqram mayın sonunadək davam edəcək. Çünki mənə deyildi ki, bir mövsümlükdür. Razılaşmam bu mövsümlük idi. Bütün verilişlər də əvvəlcədən çəkilib, təhvil verilir. Yeni mövsümdə başqa layihə ilə efirə çıxacam”./Axşam.az
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031