Qadın qonaq getdiyi evdən 10 min manat oğurlayıb

Tural İbadlı Oğurluq 26 may 2020
0
Astarada qadın qonaq getdiy ievdən pul və qızıl əşyalar oğurlayıb.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"un Cənub Mərkəzinə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Astara şəhər sakini T.Ağayev polisə müraciət edərək evindən 10 min manat pulun və 1 160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031