“Palmali Holding" müflis elan edilib

Tural İbadlı Məhkəmə 31 may 2020
0
Martın 17-də FETÖ terror təşkilatının üzvü olması iddiası ilə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu “Palmali Holding Company Limited” müflis olub.
NewsCafe” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holding Company Limited" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.
Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda dünya miqyasında M.Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarını qadağan edilməsini nəzərdə tutur.
İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031