Siyavuş Novruzov: “Cərimələr sənin nəslini..…….”

Daxili xəbərlər | Sosial 31 may 2020
0

“Koronavirus dövründə Milli Məclisin deputatları mətbuat orqanlarında , televiziyada gecə-gündüz maarifləndirici təbliğatla məşğul olub”.

“NewsCafe” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

“Belə bir fikir yaranıb ki, biz zorla kimdənsə pul almaq istəyirik. Bu cərimələr ondan ötəridir ki, maska taxılsın. Maskanı tax cərimə almasınlar. Bundan Amerika kəşf edirlər ki, ya elə, ya belə olmalıdır. Maska taxan kimdənsə pul istəyirlər? Biri də deyir ki, imkanı yoxdur. İmkanı yoxdursa, 50 manat cərimə verməkdənsə, 30 qəpik versin maskanı alsın da. Bu cərimələr sənin özünün, övladının, nəslinin sağlamlığından ötrüdür. Səni cərimə etmirlər ki, töycü ödə və ya biyara get işlə”.

Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031