Baş prokuror kürəkənini vəzifəsindən azad edib

Tural İbadlı Daxili xəbərlər 03 iyun 2020
0
Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəni ilə bağlı əmr imzalayıb.
"NewsCafe" xəbər verir ki, əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyev vəzifəsindən azad olunub.
Orxan Nuriyevin başqa dövlət qurumunda vəzifəyə təyin olunduğu bildirilir.
Baş Prourorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləyib.
O bildirdi ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.
Qeyd edək ki, Orxan Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.
@Bakupost
Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930