"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

Tural İbadlı Energetika | Sosial 05 iyun 2020
0
Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda iki günlük sərt karantin rejimi tətbiqi ilə əlaqədar olaraq “Azərişıq” ASC qarşıdakı günlər ərzində də gücləndirilmiş iş rejimini davam etdirəcək.
Bu barədə “NewsCafe”yə qurumun mətbuat xidmətindən məlumat verilib.
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza xidmətləri minumum işçi sayı ilə öz vəzifələrini icra edəcəklər. Abonentlərimizdən xahiş edirik ki, hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 çağrı mərkəzi ilə əlaqə saxlasınlar. 
Onu da qeyd edək ki, istehlakçılar pandemiya dövründə ödənişləri onlayn qaydada, evdən çıxmadan həyata keçirə bilər. Bunun üçün "Azərişıq" ASC-nin rəsmi saytında (azerishiq.az) istənilən şəxs elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərlər.
Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930