Daha bir marşrut xətti “BakuBus”a verilib

İnfrastruktur | Sosial 11 iyun 2020
0

Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus “BMC Procity” 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.

Bu barədə “NewsCafe”yə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. 

Onun sözlərinə görə, dəyişiklik nəticəsində paytaxtın Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib.

Sərnişinlərin “BakıKart”ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca, xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.     

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930