Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırılıb

Daxili xəbərlər | Sosial 16 iyun 2020
0

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində əyləncə məclisi təşkil edən 11 nəfər şəxs məsuliyyətə cəlb olunub.

Bu barədə "NewsCafe"yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bölmə əməkdaşları tərəfindən iyunun 14-dən 15-ə keçən gecə qaydaları kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin fəaliyyəti dayandırılıb, obyekt sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930