Azərbaycanın sığorta bazarı 13% böyüyüb

Maliyyə-Biznes | Şou 25 iyun 2020
0

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 355,907 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“NewsCafe” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 136,8 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48,5% çoxdur.

2020-cu ilin yanvar-may aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,4 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-may aylarında bu göstərici 29,2 manat olub.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930